Ərdoğan Ruhani, Merkel, Putinlə Qəzza problemini müzakirə etdi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fələstindəki son hadisələrlə əlaqədar İran prezidenti Həsən Ruhani, Almaniyanın kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putinlə ayrı-ayrılıqda telefonda danışıb.

972654
Ərdoğan Ruhani, Merkel, Putinlə Qəzza problemini müzakirə etdi

  Ərdoğan - Ruhani telefon söhbəti zamanı Amerika Birləşmiş Ştatlarının Təl-Əvivdəki səfirliyini köçürməsi və İsrail əsgərlərinin Qəzzada fələstinliləri atəşə tutması nəticəsində regionda yaşanan gərginlik müzakirə olunub. İki ölkə başçısı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mayın 18-də İstanbulda keçirəcəyi fövqəladə iclasın müsəlmanların ortaq mövqe nümayiş etdirməsi baxımından böyük əhəmiyyət daşıyacağını vurğulamış, Birləşmiş Millətlər Təşkilatında da məsələnin müzakirə olunması vacibliyinə toxunmuşlar.

  Türkiyə dövlət başçısı Almaniya kansleri Angela Merkellə də telefonda danışıb. Onlar ABŞ səfirliyini Qüdsə daşıması və Qəzzada fələstinlilərin hədəfə alınması nəticəsində baş verən gərginlik haqqında fikir mübadiləsi aparıb.

  Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə də telefonda danışaraq bu gündəm mövzusunu müzakirə edib, mövcud problemin həll olunmasının çətinləşdiyini söyləyib.



Әlaqәli Xәbәrlәr