“Bu, alçaqcasına bir qətliamdır”, B.Yıldırım

Türkiyənin baş naziri Binəlı Yıldırım ABŞ səfirliyinin Qüdsə daşınmasına etiraz edən Qəzzadakı fələstinlilərin şəhid edilməsini qətiyyətlə pisləyib.

970729
“Bu, alçaqcasına bir qətliamdır”, B.Yıldırım

  Ankarada hava limanında jurnalistlərə bəyanat verən baş nazir deyib:

 “Biz Türkiyə olaraq ABŞ-ın Təl-Əviv səfirliyini Qüdsə daşıma qərarını bir daha qətiyyətlə pisləyir, yox hökmündə sayırıq.

 Bu hərəkət açıq bir təhrik, bir dövləti yox saymaq, Fələstinin haqq və hüquqlarını qəsb etmək deməkdir.

  Etirzçılara qətliam etmək də nə insanlıqda, nə də dövlət olmaqda vardır.

  “Dünya sülhünü qoruyacağam, vasitəçilik edəcəyəm” deyən ABŞ-ın da bu qətliamda payının olması ayrı bir hadisədir və heç vaxt qəbuledilə bilməz.

 Amerika, təəssüf ki, mülki vətəndaşları qətlə yetirən İsrail rəhbərliyinin yanında saymazyana iştirak etdi və bu insanlıq cinayətinə şərik oldu.

  Bu qətliam bölgədəki problemləri daha da kəskinləşdirəcək və Fələstin məsələsində daha dərin iz buraxacaq. Regionda sabitlik, sülh daha da çətinləşəcək. Bu baxımdan Türkiyə olaraq yenə Fələstin xalqı azadlığına qovuşana qədər onun yanındayıq.

 İslam dünyası bu qətliam qarşısında tək ürək, tək səs olmaq məcburiyyətindədir.

 Fələstinli şəhid qardaşlarımıza Alllahdan rəhmət diləyir, Türkiyənin, dünən olduğu kimi, bu gün də, gələcəkdə də fələstinli qardaşlarımızın yanında həmrəy və qardaş olmağa davam edəcəyimizi demək istəyirəm.”



Әlaqәli Xәbәrlәr