“ABŞ-ın nüvə sazişindən çıxması bölgədə çətin proses yaradacaq”, R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İranla bağlanan nüvə sazişindən çıxmasının bölgədə çətin bir proses yaradacağını söylədi.

969978
“ABŞ-ın nüvə sazişindən çıxması bölgədə çətin proses yaradacaq”, R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İranla bağlanan nüvə sazişindən çıxmasının bölgədə çətin bir proses yaradacağını söylədi.

Ərdoğan bunu iştirak etdiyi “BBC”də yayımlanan “Hard Talk” proqramında dilə gətirib.

Dövlət başçısı İran ilə P5+1 (ABŞ, Rusiya, İngiltərə və Almaniya) arasında 2015-ci ildə imzalanan sazişin beynəlxalq sabitliyin zəmanəti olduğunu vurğulayıb.

Ərdoğan ABŞ-ın qərarının bölgədə silahlanma yarışına səbəb olub olmayacağına dair suala cavabın da deyib: “ABŞ Suriyaya 5 min TIR, 2 min yük təyyarəsilə silah göndərdi. Buna diqqət yetirin. Bu silahlar bu ölkəyə nə üçün göndərildi? Əsasən bölgədə bir silahlanma yarışı hazırda ABŞ tərəfindən davam etdirildi və bu, ABŞ-ın silahlanma yarışı içində 20 nöqtədə həssaslığı gözdən yayındırması mənası daşıyır.”

Dövlət başçısı İsrail və İran arasındakı gərginliyin nəzarətdən çıxmasından narahat olub olmadığına dair sual şarşısında isə deyib ki, İsrail Suriya torpaqlarına 50-yə yaxın raket atıb. Bunun mənası bölgədə bir müharibə üçün təhrikdir.

Türkiyənin Suriyada rejimə dəstək verən Rusiya və İran ilə əməkdaşlığı nə üçün seçim etdiyi ilə əlaqəli sual qarşısında isə Ərdoğan deyib: “Mən Əsədə bugün də qarşıyam, Bəşər Əsədin yanında deyiləm. Lakin istər Rusiya ilə istərsə İranla attığımız addımlar suriyadakı xalqın barışı istiqamətindədir.

Türkiyə ilə İngiltərə arasındakı əlaqələrə də toxunan Ərdoğan hazırda 17 milyard dollara yaxın ticarət dövriyyəsini daha da artırmaq üçün cəhd göstərilməsinin vacib olduğunu dilə gətirib, iki ölkə arasında müdafiə sənayesi sahəsində də əlaqələrin davam etdiyini və bunları gücləndirmə səylərinin davam edəcəyini deyib.



Әlaqәli Xәbәrlәr