Türk əsgəri şəhid oldu

Türkiyənin Şırnak şəhərinin Bestlər Dərələr bölgəsində separatçı terror təşkilatı PKK-ya qarşı aparılan əməliyyatda terrorçuların gizlətdiyi əl istehsalı partlayıcının partlaması nəticəsində 1 əsgər şəhid oldu, 1 əsgər yaralandı.

968972
Türk əsgəri şəhid oldu

 Türkiyə Təhlükəsizlik mənbələri məlumat yaydı.

Məlumata görə, Şırnak şəhərinin Bestler Dərələr bölgəsi Sori Təpə mövqeyində təhlükəsizlik qüvvələrinin terror təşkilatı PKK-ya qarşı başladığı əməliyyat davam edir.
  
 Əməliyyatda  terrorçular tərəfindən əvvəlcədən yerləşdirilmiş əl istehsalı partlayıcının partlaması nəticəsində 2 əsgər ağır yaralanıb.
 
 Yaralı əsgərlər helikopterlə Şırnak Dövlət Xəstəxanasına çatdırılıblar.

Əsgərlərdən biri müdaxilələrə baxmayaraq şəhid olub.



Әlaqәli Xәbәrlәr