Türkiyə XİN: "ABŞ-ın qərarı uğursuz bir addımdır"

Türkiyə Xarici işlər Nazirliyi  ABŞ-ın İranla nüvə proqramına dair müqavilənin birtərəfli ləğvi barəsindəki qərarını uğursuz addım kimi səciyyələndirdi.

966856
Türkiyə XİN: "ABŞ-ın qərarı uğursuz bir addımdır"

 Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın İranla nüvə proqramına dair müqavilənin birtərəfli ləğvi barəsindəki qərarı ilə bağlı bəyanat yaydı.

Bəyanatda Türkiyənin İranın nüvə proqramı ilə əlaqədar yeganə həll yolunun diplomatiya və müzakirələr olduğunu düşündüyü və əvvəllər də bu istiqamətdə fəal şəkildə səy göstərdiyi vurğulanır.
 
 Bəyanatda 2015-ci ildə qəbul edilmiş Əhatəli Birgə Fəaliyyət Planı (KOEP) nüvə silahlarının yayılmasının qarşısının alınması məsələsində  əhəmiyyətli bir addım kimi xarakterizə edilərək: "Sözügedən plan ən çətin məsələlərin belə müzakirələrlə həll edilə biləcəyini göstərir"deyilir.
 
 Bəyanatda, eyni zamanda, bunlar qeyd edilir: "Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 saylı qərarı ilə müqavilənin həyata keçirilməsini təqib edilməsi  Beynəlxalq Atom Enerjisi Agentliyinə tapşırıldı. (UAE). Agentlik İranın müqaviləyə uyğun hərəkət etdiyini periodik hesabatları ilə təsdiq edir. Belə bir halda ABŞ-ın müqavilədən çıxmaq barəsindəki qərarını uğursuz  addım kimi dəyərləndiririk. İnanırıq ki, hər növ fikir ayrılığı və tərəddüdlər  müvafiq mexanizmlərin yaradılması və diplomatiya yolu ilə müzakirə oluna bilər. Müqaviləyə dair uyğunsuzluqlar üçün  Birgə Komissiya Mexanizmi yaradılmalıdır. Əhatəli Birgə Fəaliyyət Planı qorunmalı və Beynəlxalq Atom Enerjisi Agentliyinin  nəzarəti altında, tam şəffaflıq şəraitində, fasiləsiz və qüsursuz şəkildə həyata keçirilməlidir".



Әlaqәli Xәbәrlәr