"Fələstinlilər bütün məzlumların simvoludur": Ərdoğan

Fələstinlilər bütün məzlumların simvoludur. Bunu prezident Ərdoğan İstanbulda təşkil edilən ‘Zeytindaği Sülh Mükafatı’ Mərasimində etdiyi çıxışında deyib.

965627
"Fələstinlilər bütün məzlumların simvoludur": Ərdoğan

Fələstin və Qüds məsələsi yalnız bir millətin, bir coğrafiyanın, bir şəhərin yox, onların məruz qaldıqları zülm, qırğın və ədalətsizliklər bütün məzlumların simvolu olduğunu ifadə edən prezident Ərdoğan,: "Biz xüsusiylə sülh mərkəzi olması lazım gələn Fələstin və Qüdsün adını zülm ilə birləşdirən İsrail hökumətinin həm bu dünyada həm də qiyamətdə yaxasını buraxmayacayıq. Daha BMT dünyanın müxtəlif ölkələrində cərəyan edən problemlərə həll yolu tapmaqda çətinlik çəkir. Lakin Dünyanın 5-dən daha böyük olduğunu hər kəs idrak etməlidir. Biz Türkiyə olaraq əbədiyyətə dək həqiqəti müdafiə edəcəyik. Dünyadakı bütün ölkələrin təhlükəsizliyini yalnız 5 ölkənin mənfəətinə əsaslandırmaq olmaz. Daha BMT-də lazımlı islahatlar aparmağın vaxtı gəlib çatmışdır. Fransızlar, Əlcəzairdə 5 milyon müsəlmanı qətl etdilər, Liviyada qırğın törətdilər. Lakin dünya buna biganə qaldı. Bu oyunun eynisi sabah da tekrar edə bilər. Bu onların xarekteridir. İnsanlığın gələcəyi, Fələstin və Qüdsün məsələsində veriləcək imtəhanın nəticəsinə görə təyin olacaq. Bunda uğur əldə edərsək gələcəyimizdən ümidvar ola bilərik.

 



Әlaqәli Xәbәrlәr