Türkiyə Silahlı Qüvvələrinin əsgəri Afrində şəhid oldu

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın Afrin bölgəsində aparılan "Zeytun Budağı" əməliyyatında axtarış fəaliyyətləri əsnasında əl istehsalı partlayıcının partlaması nəticəsində bir əsgər şəhid oldu.

963597

Məlumatı Türkiyə Silahlı Qüvvələri yaydı.

 Məlumatda deyilir: "Bizi dərin kədər və hüznə boğan bu hücumda həlak olan əziz şəhidlərimizə Allahdan rəhmət, şəhidimizin kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələrnə, Uca Türk millətinə başsağlığı və səbr, yaralanan qəhrəman silah yoldaşlarımıza şəfalar diləyirik".
 
 Şəhid olan 32 yaşlı Cəmil Erkək evli və 2 uşaq atası idi.

Әlaqәli Xәbәrlәr