TBMM sədri rusiyalı qonaqları qəbul etdi

Mehriban atmosferdə keçən görüşün gündəmi oktyabrda Antalyada keçirilməsi planlaşdırılan III Avrasiya Parlament Sədrləri Zirvə toplantısı, təhlükəsizlik, iqtisadiyyat və ətraf mühit mövzularında mühüm məsələlər idi.

964216
TBMM sədri rusiyalı qonaqları qəbul etdi

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman rusiyalı rəsmi qonaqları - Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov və Rusiya Federasiyası Dövlət Duması Xarici Məsələlər Komitəsinin sədri Leonid Slutskini qəbul edib.

  Mehriban atmosferdə keçən görüşün gündəmi oktyabrda Antalyada keçirilməsi planlaşdırılan III Avrasiya Parlament Sədrləri Zirvə toplantısı, təhlükəsizlik, iqtisadiyyat və ətraf mühit mövzularında mühüm məsələlər idi.

  TBMM sədri rusiyalı qonaqlarla söhbətində deyib: “Rəhbərliyini etdiyimiz tarixi bir işdir. Dünya sülhünə böyük töhfəsi olacağını düşünürəm”.



Әlaqәli Xәbәrlәr