Hakkaridə PKK/KCK terroruna qarşı əməliyyat

Türkiyənin Hakkari Rayon Jandarm Komandanlığı briqadaları görülən işlər nəticəsində aşkar edilən iki sığınacaqda silah-sursat və ərzaq ələ keçirdi.

962826
Hakkaridə PKK/KCK terroruna qarşı əməliyyat

   Hakkari Rayon Jandarm dəstələri PKK/KCK separatçı terror təşkilatının fəaliyyətlərinin ifşası və əngəllənməsinə yönəlik işləri fasiləsiz davam etdirir.

 Hakkarinin Oğul kənd İnək Təpə ərazisində icra edilən arama-axtarma fəaliyyəti nəticəsində aşkar edilən 2 sığınacaqda 9 anti-tank minaatan, 1 anti-personel minaatan, 10 minaatan sövq patronu, 9 qumbara, 1800 “bixi” sursatı, 750 “doçka” silahı, 1 “doçka” lüləsi, 2 akumulyator, 500 metr kabel, 3 qırıcı-dəlici alət, 10 qırıcı-dəlici alətucu, 25 metr havalandırma borusu, 1 ventilyasiya ekstraktoru, 15 ampul, 3 mətbəx qaz balonu, 1000 kiloqram düyü, 4 min kiloqram un, 200 kiloqram noxud, 200 kiloqram mərci, 200 kiloqram quru lobya, 100 kiloqram duz və 60 kiloqram çay ələ keçirilib.



Әlaqәli Xәbәrlәr