"Bunlar seçkilərə təsir etməyə yönəlik quraşdırma bir oyundur", B.Yıldırım

Türkiyənin Baş naziri Binəli Yıldırım beynəlxalq kredit dərəcələrini müəyyənləşdirmə agentliyi “Standard and Poor's”un Türkiyə hesabatının heç bir əhəmiyyəti olmadığını bildirib.

963264

  Həm də Ədalət və İnkişaf Partiyasının (Ak Partiya) sədr müavini olan B.Yıldırım partiyasının Türkiyə Böyük Millət Məclisinin (TBMM) qrup toplantısında iştirak və çıxış edərək deyib: “Türkiyənin inkişafını istəməyənlər hələ də bir sıra ssenarilər üzərində çalışır. Terrorla bacarmadıqlarına iqtisadi terrorizmlə nail olmaq istəyənlər bilsin ki, buna da heç vaxt nail olmayacaqlar. Qiymətləndirmə təşkilatı, gündəmdə yox ikən, bir gecə qəflətən Türkiyənin reytinqini salır. İpə-sapa gəlməyən şeylər. Bunlar Türkiyənin həqiqətlərilə uyğun gəlmir, tamamilə siyasi xarakter daşıyır... “Standard and Poor's”un qiymətləndirməsi seçkilərə təsir etməyə yönəlik bir quraşdırma oyundur. Bu cədvəl bizimçün heç bir əhəmiyyət daşımır”.

Әlaqәli Xәbәrlәr