Türkiyə Rusiyadakı Novorossiysk Baş Konsulluğunu bağladı

Yeni qərar “Resmi Gazete”de dərc olunaraq qüvvəyə minib.

962792
Türkiyə Rusiyadakı Novorossiysk Baş Konsulluğunu bağladı

  Türkiyə Rusiyadakı Novorossiysk Baş Konsulluğunu bağlayaraq əvəzinə Krasnodar Baş Konsulluğunu açacaq.

  “Dövlət müəssisə və təşkilatlarının xarici təşkilat yaradan vahidlərinin xarakter, qurulduğu yer, vəzifə, akkreditə edildiyi ölkə və bağlı olduğu missiyalar haqqında 13 aprel 1999-cu il tarixli Nazirlər Kabinetinin qərarı”nda dəyişiklik edilməsi haqqında yeni qərar “Resmi Gazete”de dərc olunaraq qüvvəyə minib.

  Yeni qərara əsasən, Rusiya Federasiyasında yerləşən, Türkiyənin Rusiyadakı Səfirliyinə bağlı Adıgey respublikası, Krasnodar və Rostov rayonları üzrə Novorossiysk Baş Konsulluğu bağlanaraq yerinə Krasnodar Baş Konsulluğu açılacaq, Adıgey, Krasnodar və Rostov bura tabe olacaq.

  Edilən dəyişikliklə Türkiyənin Rusiya Federasiyasındakı Rusiya Səfirliyinin Konsulluq Şöbəsinin vəzifə sahəsi, Kazan, Krasnodar və Sankt-Peterburq Baş Konsulluqları vəzifə dairələri istisna olmaqla, Rusiya Federasiyası olaraq müəyyənləşdirilib.



Әlaqәli Xәbәrlәr