Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniyaya dəvət edildi

Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Almaniyadakı Şimali Ren Vestfalya əyalətinin Baş naziri Armin Laştenin (Armin Laschet) dəvətilə mayın 29-da bu ölkəyə səfəri planlaşdırılır.

960889

Xəbər mənbələrinin məlumatına görə, Çavuşoğlu Solingen faciəsinin 25-ci ildönümü münasibətilə keçiriləcək anım mərasimi üçün dəvət edilib və Düseldorfdakı baş nazirlik binasında keçiriləcək mərasimdə çıxış etməsi gözlənilir.

Bu çərçivədə gələcək həftə Türkiyənin Berlin səfiri Əli Kamal Aydının Şimali Ren Vestfalya əyalətinə gedərək mərasim və səfərlə bağlı detalları görüşəcəyi bildirilib.

Solingen bələdiyyəsi tərəfindən hücumun 25-ci dönümü münasibətilə mayın 29-da mərasim təşkil ediləcəyi açıqlanıb.

Qeyd edək ki, Almaniyanın Solingen şəhərində 1993-cü il mayın 29-da Türk olan Gənc ailəsinin evi yandırılmış, yanğında Haticə, Hülya və Saimə Gənc və Gülistan Öszürk həyatını itirmişdi.

Әlaqәli Xәbәrlәr