"Gündəmdə ödənişli əsgərlik məsələsi yoxdur, çünki..." R.T.Ərdoğan

Özbəkistan səfəri ərəfəsində Atatürk Hava Limanında jurnalistlərin suallarını cavablandıran Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan AK Partiya gündəmində ödənişli əsgərlik olmadığını açıqlayıb.

960686
"Gündəmdə ödənişli əsgərlik məsələsi yoxdur, çünki..." R.T.Ərdoğan

   R.T.Ərdoğan deyib: “Bu məsələ ilə bağlı heç bir dəyərləndirmə etməyəcəyəm. Cənab Abdulla Gül bu barədə danışıb. Seçki meydanı hər kəsə açıqdır… Ödənişli əsgərlik məsələsi hazırda hökumətimizin gündəmində yoxdur, xüsusilə, bir tərəfdə Afrin, bir tərəfdə Fərat Qalxanı hərəkatı olduğu dövrdə ödənişli əsgərlik şəhid və qazilərimizə qarşı hörmətsizlik olar. Seçki bitsin, bunlar təkrar müzakirə edilər."



Әlaqәli Xәbәrlәr