Türkiyə XİN bəyanat yaydı

Türkiyə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın 1915-ci il hadisələri ilə bağlı verdiyi yazılı açıqlamasındakı ifadələrə və subyektiv tarix şərhə reaksiya göstərdi

958029
Türkiyə XİN bəyanat yaydı

 Türkiyə Xarici İşlər Nazirliyi ABŞ prezidenti  Donald Trampın 1915-ci il hadisələri ilə bağlı 24 aprel 2018-ci il tarixində verdiyi yazılı açıqlamasından sonra bəyanat yaydı.

Bəyanatda deyilir: " ABŞ prezidenti Donald Trampın 1915-ci il hadisələri haqqında 24 Aprel 2018-ci il tarixindəki yazılı açıqlamasında olan yanlış ifadələri və subyektiv tarix şərhi rədd edirik. Bu çərçivədə prezident Trampa həmin dövrdə erməni qiyamçılarının iştirak etdiyi hadisələrdə 500 mindən çox müsəlmanın qətl edildiyini xatırladırıq. Türkiyənin Ortaq Tarix Komissiyasının yaradılması və tarixin bu ağır dövrünün işıqlandırılmasına dair təklifi qüvvədədir, arxivlər tədqiqatçıların istifadəsi üçün açıqdır. ABŞ rəhbərliyinə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Osmanlı ermənilərinin nəvələrinə xitabən Türkiyənin bu həssas məsələyə dair münasibətini əks etdirən 24 aprel 2018-ci il tarixli müraciətini nəzərə almalarını tövsiyə edirik. Bütün bu məqamlarla yanaşı, ABŞ prezidentinin açıqlamasında bu məsələ ilə bağlı beynəlxalq hüquq normalarına riayət edilməsinin və əsassız soyqırım iddialarının ifadə edilməməsinin sağlam düşüncəyə uyğun bir davranış olduğunu düşünürük".
 
 Qeyd edək ki. ABŞ prezidenti Donald Tramp ermənilər tərəfindən 1915-ci il hadisələrinin ildönümü kimi qəbul edilən 24 aprellə bağlı yazılı açıqlamasında keçən il olduğu kimi ötən gündə də erməni dilində "böyük fəlakət" mənasına gələn "meds yeghem"  ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr