R.T.Ərdoğan özbək həmkarının dəvətilə Özbəkistana gedəcək

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan özbək həmkarı Şavkat Mirziyoyevin dəvətilə 29 aprel - 1 may tarixləri arasında Özbəkistana səfər edəcək.

958406
R.T.Ərdoğan özbək həmkarının dəvətilə Özbəkistana gedəcək

  Türkiyə Dövlət Aparatı Mətbuat Xidmətindən verilən məlumata görə, səfər zamanı keçiriləcək görüşlərdə Özbəkistanla münasibətlərin yüksək mərhələyə qaldırılması üçün atılacaq addımlar müzakirə olunacaq və regional proseslərə dair fikir mübadiləsi aparılacaq.

  R.T.Ərdoğan Daşkənd proqramı çərçivəsində Özbəkistan Milli Məclisində çıxış edəcək, daha sonra Ş.Mirziyoyevlə birlikdə Türkiyə və Özbəkistan iş adamlarının təşkil etdiyi Biznes Forumda iştirak edəcək.

  Türkiyə başçısı 1 mayda Türk-İslam mədəniyyətinin qədim şəhərlərindən biri, alim və mütəfəkkirlər diyarı Buxarada görüşlərdə olacaq.



Әlaqәli Xәbәrlәr