Baş Nazir B.Yıldırım İspaniyaya səfərə gedib

Baş nazir Binali Yıldırım, Türkiyə-İspaniya hökumətlərarası növbəti Sammitə iştirak etmək üzrə Madridə yola düşüb.

957672
Baş Nazir B.Yıldırım İspaniyaya səfərə gedib

İspaniyaya səfəri əvvəli Esenboğa Hava lımanında Təşkil etdiyi mətbuat konfransında Səfərinin iqtisadi baxımdan əhəmiyyətinə diqqət çəkən Baş naziri B.Yıldırım: "İspaniyaya səfərim çərçivəsində əlaqələrimizi daha da irəli pillələrə qaldıracaq razılaşmalar imzalayacayıq. İspaniya-Türkiyə Hökumətlərarası zirvə toplantısının ilki 2009, 5-ci isə 2014-cü ildə keçirildi. Son sammitə Türkiyə ev sahibliyi etdi. Ziyarətim çərçivəsində həmkarım Mariano Rajoy ilə Türkiyə-İspaniya əlaqələrinin bu günü və gələcəyi ətraflı şəkildə müzakirə imkanını əldə edəcəyəm. Ölkələrimiz və qonşularımızda cərəyan edən proseslər, İspaniya və Türkiyənin bu proseslər qarşısında izlədiyi siyasəti dəyərləndirəcəyik. İspaniya ilə Türkiyə, həm Nato müttəfiqi həm də iki strateji ortaqdır. Fərqli mədəniyyətlərə ev sahibliyi edən iki ölkə 2005-ci ildə də Mədəniyyətlər ittifaqına həmsədrlik etmişlər. Bu çərçivədə Hörmətli prezidentimiz Ərdoğanın Baş nazir postunda olduğu dövrdə mədəniyyətlər, fərqli dinlər arasında həm rəylik və yaxınlaşma mövzusunda güçlü addımlar atıldı”.

İqtisadi problemləri ətraflı şəkildə dəyərləndirəcəklərini ifadə edən Baş nazir B.Yıldırım: " 2017-ci ildə iki ölkə arasında ticarət dövrüyəsi 19% artaraq 13 milyard dollara qalxıb. Yüzlərlə İspan şirkəti ölkəmizdə investsiya qoyub”

Səfəri əsnasında iş dünyası nümayəndələriylə də bir araya gələcəyini ifadə edən Yıldırım, təşkil ediləcək İspan-Türkiyə iş forumunda çıxış edəcəyini, həmçinin

İspaniya Kralı 6-cı Felipe və İspaniya Nümayəndələr Məclisinin sədri Ana Pastor ilə görüşəcəyini, qatılacağı İspaniyanın nüfuzlu reytinq quruluşu Nueva Economia Forumunda iştirakçılara  müraciət edəcəyini, İspaniya mətbuat və media quruluşlarına müsahibə verəciyini bildirib.

İspaniyanın, Suriya böhranı səbəbindən Türkiyənin başlatdığı hava əməliyyatına güçlü dəstək verdiyini xatırladan Yıldırım, bu  ölkənin iki ildir raket təhlükəsinə qarşı müdafiə sistemlərini Türkiyədə yerləşdirdiyini, bu səbəbdən İspaniyanın, Türkiyənin gerçək dost və müttəfiqi ölkə olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr