Bәkir Bozdağ Nazirlәr Kabinetinin iclasından sonra jurnalistlәrin suallarını cavablandırdı

Baş nazirin müavini vә hökumәt sözçüsü Bәkir Bozdağ Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanının sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin yığıncağından sonra bәyanatlar verib vә jurnalistlәrin suallarını cavablandırıb.

953608
Bәkir Bozdağ Nazirlәr Kabinetinin iclasından sonra jurnalistlәrin suallarını cavablandırdı

Baş nazirin müavini vә hökumәt sözçüsü Bәkir Bozdağ Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanının sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra bәyanatlar verib vә jurnalistlәrin suallarını cavablandırıb.

‘‘Dövlәt başçımızın sәdrliyi ilә  iclas keçirәn  Nazirlәr Kabineti Milli Tәhlükәsizlik Şurasının tövsiyә qәrarına әsasәn fövqәladә vәziyyәt rejiminin 3 ay uzadılması ilә bağlı qanun layihәsini Türkiyә Böyük Millәt Mәclisinә tәqdim etdi. Türkiyә Böyük Millәt Mәclisi qanun layihәsini qәbul edәrsә fövqәladә vәziyyәt rejimi daha üç ay uzadılacaq’’,- deyә Baş nazirin müavini Bәkir Bozdağ qeyd edib.

Fövqәladә vәziyyәt rejiminin  2016-cı il iyulun 21-dәn etibarәn tәtbiq edildiyini bildirәn Bәkir Bozdağ : ‘‘Fövqәladә vәziyyәt rejiminin edan edilmәsinә sәbәb olan faktların aradan qalması vә lazımi tәdbirlәri görülmәsi üçün zamana ehtiyac var'' deyib.

Yunanıstanla Türkiyə arasında Egey dənizindә  yaşanan "Bayraq böhranına" dair  sualı cavablandıran Bәkir Bozdağ: ‘‘Türkiyə ilə Yunanıstanın iki qonşu ölkədir. Әdalәt vә İnkişaf Partiyası Türkiyə- Yunanıstan münasibətlərinin müsbət mənada inkişaf etməsi üçün çox ciddi addımlar atdı və buna Yunanıstan da müsbәt yanaşdı. Türkiyə ilə Yunanıstan arasındakı münasibətlərin yaxşı olması hər iki ölkənin mənfəətinədir’’ deyә vurğulayıb.



Әlaqәli Xәbәrlәr