Rәcәb Tayyib Әrdoğan NATO-nun baş katibini qәbul edib

Mәlumata görә, görüşdә  NATO-Türkiyә münasibәtlәri vә Suriyadakı son vәziyyәt müzakirә olunub.

952800
Rәcәb Tayyib Әrdoğan NATO-nun baş katibini qәbul edib

Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan NATO-nun Baş katibi Yens Stoltenberqi (Jens Stoltenberg) qәbul edib.

Mәlumata görә, görüşdә  NATO-Türkiyә münasibәtlәri vә Suriyadakı son vәziyyәt müzakirә olunub.

Yens Stoltenberq Türkiyәnin Alyansdakı strateji әhәmiyyәtini vurğulayıb.

Stoltenberq iyul ayında Brüsseldә keçirilmәsi planlaşdırılan  NATO zirvә toplantısı haqqında Әrdoğana mәlumat verib.

Söhbət zamanı Rәcәb Tayyib  Ərdoğan və Yens Stoltenberq  ABŞ, İngiltәrә  və Fransa tərəfindən Dumada kimyəvi silahdan istifadəyə cavab olaraq Suriya ərazisində keçirilən əməliyyat ətrafında fikir mübadiləsi aparıblar.

Tәrәflәr hәmçinin terrorla mübarizә mәsәlәsinә dә toxunublar.



Әlaqәli Xәbәrlәr