Şırnakda PKK-nın xain hücumunda üç hərbçimiz şəhid oldu

Separatçı terror təşkilatı PKK mənsubu quldurlar ölkənin cənub-şərqində yerləşən Şırnaq vilayətində Kuyutəpə hərbi hissəyə hücum təşkil ediblər.

952291
Şırnakda PKK-nın xain hücumunda üç hərbçimiz şəhid oldu

Üç hərbçimizin şəhid olduğu xain hücumda bir əsgər də yaralanıb.

Hərbi hissəyə hücumun arxasında PKK terror təşkilatının dayandığı bildirilir.

İnsidentdən sonra Türkiyə Silahlı Qüvvələri ərazidə terrorçuların məhv edilməsi üzrə əməliyyata başlayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə keçən həftə ölkə daxilində həyata keçirilən əməliyyatlarda 38 terrorist zərərsizləşdirilib.

 

 

 



Әlaqәli Xәbәrlәr