"Məsələ “soyuq müharibə dövrünün bağlanmamış hesabları"dır", İ.Kalın

Türkiyə Dövlət Aparatının (Cümhurbaşkanlığı) sözçüsü İbrahim Kalın Suriyada Əsəd rejiminin kimyəvi silahdan istifadəsinə dair dəlillərin olduğunu yazıb.

951820
"Məsələ “soyuq müharibə dövrünün bağlanmamış hesabları"dır", İ.Kalın

  “Daily Sabah” qəzetində dərc olunan "Üçüncü dünya müharibəsi ola bilərmi?” başlıqlı məqaləsində İ.Kalın Suriyadakı son proseslərə toxunaraq yazıb:

  “Amerika Birləşmiş Ştatları və Rusiya Suriya rejiminin 7 apreldə Dumada həyata keçirdiyi kimyəvi hücum üstündə bir-birilə döyüşəcəkmi? Baş verənlər Üçüncü Dünya Müharibəsinin başlanğıcıdırmı?

  Şişirdilmiş bəyanat və söz savaşını bir kənara qoysaq, “xeyr” cavabını verə bilərik.

  Məsələ “soyuq müharibə dövrünün bağlanmamış hesabları"dır.

  Bəşər Əsəd rejiminin 7 apreldə yenə kimyəvi silahlardan istifadə etdiyinə dair əsaslı dəlillər var. Dünya Səhiyyə Təşkilatı Dumada təxminən 500 nəfərdə “zəhərli kimyəvi maddələrə məruz qalmaqla üst-üstə düşən əlamət və simptomlar"ın olduğunu müəyyən edib. Növbəti kimyəvi hücum nəticəsində 70-dən çox insan həyatını itirib.

  Suriya rejimi ilk dəfə deyil öz xalqına qarşı kimyəvi silahlardan istifadə edir.

  2013-cü ildə rejimə ciddi bir cavab verilsəydi, Suriya böhranının gedişatı dəyişərdi. O zaman bənzər hadisə baş verərkən ABŞ prezidenti Barak Obama bunu qırmızı xətt olaraq açıqlamış, ancaq rejimdən haqq-hesab soruşmamış və bu addımın təkrarlanmaması üçün hərəkət etməmişdi.

  Obamanın bu uğursuzluğu Rusiya və İranın Suriyaya girməsini təmin etdi. Əsəd rejimi, beləliklə, tam devrilmək ərəfəsində yenidən canlandı...”



Әlaqәli Xәbәrlәr