"Suriya rejiminə cavab verilməyəcəyi düşünülə bilməzdi", İ.Kalın

Dövlət aparatının sözçüsü İbrahim Kalın Dumada kimyəvi silah tetbiq etdiyi melum olan Suriya rejimine cavab verilməyəcəyinin düşünülə bilməyəcəyini bildirdi.

951305
"Suriya rejiminə cavab verilməyəcəyi düşünülə bilməzdi", İ.Kalın

"Dumada kimyəvi silah tetbiq etdiyi melum olan Suriya rejimine cavab verilməyəcəyi düşünülə bilməzdi"
Bunu Dövlət aparatının sözçüsü İbrahim Kalın bunu verdiyi yazılı açıqlamada bildirib. 
İbrahim Kalın açıqlamada deyib ki, kimyəvi silahların istifadə edilməsi beynəlxalq hüququn pozulması və bir insanlıq cinayətidir. 7 aprel tarixində Dumada kimyəvi hücum olduğu görünür, Suriya rejiminin cavabsız buraxılması qeyri-mümkündür. Bu mənfur hücumun səbəbkarları hesab verməlidir. Beynəlxalq cəmiyyəti, gələcəkdə baş verəcək kimyəvi hücumların qarşısının alınması məsələsində birlik olmağa çağırırıq. Digər tərəfdən Cənab Dövlət başçımızın təkidlə ifadə etdikləri kimi kimyəvi silahların yaratdığı təhdid Suriyada yüz minlərlə insanın klassik silahlarla öldürüldüyü həqiqətini dəyişmir. Bu səbəbdən yalnız kimyəvi silahların məhvinə yönələn səylər regiondakı qeyri-sabitliyə son qoymaqda kifayət etməyəcəkdir. Məqsəd Suriyadakı müharibəni dayandırmaq olmalıdır. Adi və kimyəvi silahlarla həyata keçirilən bütün soyqırımların qarşısının alınması Suriyada siyasi həllin bir an öncə olmasından asılıdır. Bu çərçivədə beynəlxalq ictimaiyyəti kimyəvi və adi bütün silahlarla olan ölüm hallarına son qoyacaq sona çatdıracaq genişmiqyaslı strategiya həyata keçirməyə dəvət ediyoruz.



Әlaqәli Xәbәrlәr