"Əməliyyatdan əvvəl Türkiyəyə məlumat verildi", M. Ünal

Ədalət və İnkişaf Partiyasının sözçüsü Mahir Ünal ABŞ, İngiltərə və Fransanın Suriya rejimini hədəf götürən hava əməliyyatından əvvəl Türkiyəyə məlumat verildiyini söylədi.

951253
"Əməliyyatdan əvvəl Türkiyəyə məlumat verildi", M. Ünal

Baş nazir Binəli Yıldırım ABŞ, İngiltərə və Fransanın Suriyada rejimə qarşı həyata keçirdiyi hava əməliyyatını müsbət addım olaraq gördüklərini bildirib, ancaq daimi sülh üçün başqa addımların atılmasının da vacibliyini dilə gətirib.

Hökumət sözçüsü Bəkir Bozdağ ABŞ-ın başçılığında Suriyaya edilən hava hücumunda Adana şəhərindəki İncirlik bazasının istifadə edilmədiyini söylədi.
Bozdağ sosial şəbəkə vasitəsilə verdiyi bəyanatda "Hücumdan əvvəl ABŞ-ın Baş Qərargah rəisi ilə Türkiyənin Baş Qərargah rəisi Cənab Prezident və Cənab Trampın göstərişləri ilə görüşdü. Suriya məsələsində Türkiyənin mövqeyi birmənalıdır. Suriyada Türkiyə Əsəd rejiminə kimyəvi və ya adi silahlardan istifadə edilməsinə, daxili münaqişələrə, insanların öldürülməsinə, insanların ev-eşiyindən edilməsinə, DEAŞ, PKK, KCK, PYD/YPG daxil bütün terror təşkilatlarının əleyhinədir"-deyə bildirdi. 

Xarici İşlər naziri Mövlud Çavuşoğlu da ABŞ, İngiltərə və Fransanın Suriyada rejimə qarşı həyata keçirdiyi hava əməliyyatının rejimə qarşı müdaxilə olduğunu bildirərək, "xalqa qarşı olsa etirazımız olar" deyib.

Çavuşoğlu Əməd rejiminin Suriyada hakimiyyətə olmamasının vacibliyini dilə gətirərək bildirib ki, kimyəvi silah tətbiq edən rejimə yönəldilmiş bir əməliyyatdır. İndiyədək çoxdan müdaxilə edilməli idi. Bütün sazişlərə baxmayaraq rejim Şərwi Qutada insanları öldürdü. Yaxın zamanda siyasi prosesə üz tutulmalıdır.ə

Ədalət və İnkişaf Partiyasının sözçüsü Mahir Ünal ABŞ, İngiltərə və Fransanın Suriya rejimini hədəf götürən hava əməliyyatından əvvəl Türkiyəyə məlumat verildiyini söylədi. 

M.Ünal bunu özəl televiziya kanallarından birinə verdiyi açıqlamada deyib.

Sözçü bildirib ki, belə bir reaksiya göstəriləcəyi aydın idi və Türkiyəyə bu barədə məlumat verildi. İlkin planda bölgədə hər hansı hadisə baş verdiyi zaman Türkiyə "bunun məsələnin həllinə dayağı nədir" sualını verir. Çünki biz ilk olaraq tez zamanda həll yolu, sülh və Suriyanın torpaq vahidliyindən tərəfiq. Bu əməliyyat  Suriyaya deyil, rejimə qarşıdır.

"Biz bunu kimyəvi silahlara istiqamətli sanksiya kimi görürük və qiymətləndiririk. Əsədin xalqına qarşı istifadə etdiyi kimyəvi silahın qarşısının alınması üçün də ciddi  xəbərdarlıq kimi qəbul edirik"-deyə Mahir Ünal vurğulayıb. 



Әlaqәli Xәbәrlәr