Özümüzə məxsus hekayələrimizi tariximizlə birləşdirərək tamaşaçıların qarşısına çıxmaq istəyirik

Bunu Türkiyə Radio və Televiziya Qurumunun (TRT) Baş direktoru İbrahim Eren "Qardaşım Üçün Dera" filminin premyerasındakı çıxışı zamanı söylədi.

949994
Özümüzə məxsus hekayələrimizi tariximizlə birləşdirərək tamaşaçıların qarşısına çıxmaq istəyirik

Türkiyə Radio və Televiziya Qurumunun (TRT) Baş direktoru İbrahim Eren kino və serial sektorunda milliləşmədən danışdı.
 
İbrahim Eren "Qardaşım Üçün Dera" filminin premyerasında iştirak etmək üçün Suriyanın Hələb vilayətinin Çobanbey rayonuna getdi.

Baş direktor orada çıxış edərək çox geniş tarixi keçmişə malik olan bir ölkənin vətəndaşları olduqlarını söylədi.
 
 Eren  geniş bir coğrafiyaya yayılmış bu tarixi ekranlarda əks etdirəcək fəaliyyətləri görməyi arzuladıqlarını qeyd etdi.
 
 Türkiyənin tarixində çox sayda həqiqi hekayənin olduğuna işarə edən Eren: "Biz  bunları ekranda görmək istəyirik. Yalnız Osmanlının yaranışından deyil, daha qədimlərə - min, 2 min il əvvələ gedərək, özümüzdən bəhs etməliyik" dedi.
 
 Dünyada hakim olan anlayışla Türk insanının və bölgə insanının sahib olduğu dəyərlər arasında çox böyük fərqlər olduğunu qeyd edən Ərən bu dəyərləri ortaya çıxaran əsərlər yaratmaq istədiklərini bildirdi.
 
İbrahim Eren: "Biz Qərbin gördüyü işlərin surətlərini deyil, özümüzə məxsus hekayələrimizi tariximizlə birləşdirərək tamaşaçılarımızın qarşısına çıxmaq istəyirik" dedi.



Әlaqәli Xәbәrlәr