"Hər kəs maskasını atsın və olduğu kimi görünsün", R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı separatçı terror təşkilatı PKK-nın Suriya davamı PYD-YPG-yə dəstək olan Qərb ölkələrinə bir daha xəbərdarlıq etdi.

949953
"Hər kəs maskasını atsın və olduğu kimi görünsün", R.T.Ərdoğan

   Ankara Kayaş vağzalında keçirilən Başkentray qatarının açılış mərasimində etdiyi çıxışında Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində separatçı terror təşkilatı PKK/KCK/PYD-YPG və DEAŞ üzvlərini zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək üçün yanvarın 20-də başladığı Zeytun Budağı Hərəkatına toxunaraq deyib: “Suriyadakı əməliyyatlarımız Bəşşar Əsəd rejimi altında olan milyonlarla insanın təhlükəsizliyini təmin edir. Ona görə Suriyada olan hər kəsin əmin-amanlığı yoluna qoyunana qədər orada olacağıq. DEAŞ-la ən düzgün mübarizəni təkcə Türkiyə aparır. DEAŞ adı ilə hər kəs fərqli niyyətlərlə əməllərini həyata keçirir. PYD kimi əli qanlı bir təşkilat belə DEAŞ-la mübarizə bəhanəsilə bölgəyə göndərilib. Bir çox qərbli dostların bayraqları bunların tanklarının yanında görünür. Azad edəcəklərini güman edirlərsə yanılırlar”.

  R.T.Ərdoğan hərəkat çərçivəsində bu zamana qədər 4123 terrorçunun təsirsiz hala getirildigini vurğulayaraq deyib: “Suriyanın şimalında Qərb ölkələrinin dəstəyilə PKK/PYD-YPG ilə mübarizə davam edəcək. Əvvəl-axır onları məhv edəcəyik. Müttəfiq ölkələrin əsgərlərinə silah tuşlamaq istəmirik, ona görə onların hərbçilərinin terrorçuların yanında durmamalarını məsləhət görürük. Suriyada hər kəsin maskalarını atmasını və olduğu kimi görünmələrini istəyirik".



Әlaqәli Xәbәrlәr