Terror tәşkilatı PKK-ya ağır zәrbәlәr endirilib

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yayıb.

946957
Terror tәşkilatı PKK-ya ağır zәrbәlәr endirilib

İraqın  Hakurk, Sinath-Haftanin, Zap və Metina bölgəlәrinә endirilәn zәrbәlәr nәticәsindә terror tәşkilatı PKK-ya məxsus 12 hәdәf mәhv edilib.

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yayıb.

Mәlumatda  Türk әsgәrlәrinә hücum etmәyә hazırlaşan terror tәşkilatı PKK-ya qarşı hava әmәliyyatı keçirildiyi bildirilib.

Digәr tәrәfdәn Diyәrbәkirdә keçirilәn әmәliyyatlar nәticәsindә terror tәşkilatının 2 üzvü zәrәrsizlәşdirilib. Әmәliyyat nәticәsindә terror tәşkilatına mәxsus çox sayda silah-sursat әlә keçirilib.

Diyәrbәkirin Licә qәsәbәsindә keçirilәn әmәliyyatda isә terror tәşkilatının 4 üzvü zәrәrsizlәşdirilib.

Qeyd edәk ki, Şırnak şәhәrindә keçirilәn әmәliyyatda da 3 terrorçu zәrәrsizlәşdirilib.



Әlaqәli Xәbәrlәr