Üç terrorçu zərərsizləşdirildi

Türkiyədə Ağrı dağı bölgəsində separatçı terror təşkilatı PKK-ya qarşı keçirilən hava əməliyyatında sərhəd qoşunlarına və vətəndaşlara qarşı aksiya törətməyə  hazırlaşan 3 terrorçu zərərsizləşdirildi.

946199
Üç terrorçu zərərsizləşdirildi

Türkiyədə Jandarm Komandanlığının dəstələri Ağrı Dağı bölgəsində keçirilən əməliyyatda sərhəd qoşunlarına və vətəndaşlara qarşı aksiya törətməyə hazırlaşan  bir qrup terrorçunun yerini müəyyən etdi.
 
Bundan sonra  PKK-ya qarşı keçirilən hava əməliyyatında 3 terrorçu zərərsizləşdirildi.
 
 Terrorçuların martın 12-də gizir Göksəl Koçun şəhid olmasına səbəb olan aksiyanı həyata keçdikləri bildirilir.
 
Terrorçuların yerini müəyyən edən hərbi dəstələr son  günlər İrandan qaçaq yollarla Türkiyə ərazisinə girən Əfqanıstan və Pakistan mənşəli şəxsləri yaxalamaq üçün bölgədə əməliyyat aparırlar.
 



Әlaqәli Xәbәrlәr