Türkiyə ilə ABŞ arasında Münbiç danışıqları gözləmə mərhələsindədir

Məlumatı Türkiyənin  diplomatik mənbələri yaydı.

946097
Türkiyə ilə ABŞ arasında Münbiç danışıqları gözləmə mərhələsindədir

Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasındakı Münbiç danışıqları gözləmə mərhələsindədir.
 
 Məlumatı Türkiyənin  diplomatik mənbələri yaydı.
 
 Diplomatik mənbələr ABŞ ilə Münbiç mövzusundakı işçi qrupun iclasının ABŞ-ın yeni dövlət katibi vəzifəsinə başlayandan sonra baş tutacağını bildirdilər.
 
Dövlət mənbələri  Astana danışıqlarının mayın ortasında keçiriləcəyi barəsində də məlumat verdilər.
 
Mənbələr Rusiyanın Afrin əməliyyatında hava məkanını açmasının separatçı terror təşkilatı PKK-nın Suriya qolu PYD-YPG ilə mübarizədə əməkdaşlığın bir işarəsi olduğuna diqqət çəkdilər.
 
Mənbələr  Rusiya və İranın İdlibdə təxminən 8 müşahidə məntəqəsi qurduğunu, lakin bunların Türkiyənin qurduğu məntəqələr kimi kritik nöqtələrdə yerləşdirilmədiklərini bildirdilər.
 
 Mənbələr Türkiyənin Suriya rejimi ilə heç bir  kontaktının olmadığını da qeyd etdilər.



Әlaqәli Xәbәrlәr