Çukurcada iki əsgər şəhid oldu

Türkiyənin Hakkari şəhərinin  Çukurca rayonunda PKK terrorçuları tərəfindən gizləilən əl istehsalı partlayıcının partladılması nəticəsində 2 əsgər şəhid oldu, 1 əsgər yaralandı.

946180
Çukurcada iki əsgər şəhid oldu

Türkiyə Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Çukurca rayonunun İraqla sərhədində terror təşkilatı PKK/KCK-ya qarşı keçirilən əməliyyatda terrorçular tərəfindən gizlədilən əl istehsalı partlayıcı partladılıb.
 
 Partlayışda 2 əsgər şəhid olub, 1 əsgər yaralanıb.
 
 Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.



Әlaqәli Xәbәrlәr