Rәcәb Tayyib Ərdoğan və Vladimir Putinin iştirakı ilə  Akkuyu AES-in təməli qoyulub

Türkiyənin Mərsin şəhərində “Akkuyu” atom elektrik  stansiyasının təməli qoyulub.

943866
Rәcәb Tayyib Ərdoğan və Vladimir Putinin iştirakı ilə  Akkuyu AES-in təməli qoyulub

Türkiyənin Mərsin şəhərində “Akkuyu” atom elektrik  stansiyasının təməli qoyulub.

Türkiyənin dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin təməlqoyma mərasiminə video-konfrans vasitəsilə qoşulublar.

Ərdoğanın göstərişi ilə İnkişaf naziri Lütfi Əlvan düyməyə basıb və layihənin təməli qoyulub. Tədbirdə Türkiyə və Rusiyadan çox sayda nazir və dövlət rəsmiləri iştirak ediblər.

 “Akkuyu” atom elektrik stansiyası Türkiyənin elektrik ehtiyacının 10 faizini ödəyəcək.

Stansiyanın 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda 31 ölkədə 450 nüvə stansiyası fəaliyyətdədir. Daha 55-i isə inşa edilməkdədir.



Әlaqәli Xәbәrlәr