Rəsmi Ankara Yunanıstanı qınayıb

Rəsmi Ankara, Yunanıstanı Türkiyədə məhbus olan iki əsgərlə əlaqədar sözlərinə görə qınayıb.

943151
Rəsmi Ankara Yunanıstanı qınayıb

Xarici işlər nazirliyinin mövzu ilə əlaqəli açıqlamasında: “1 Mart tarixində Ədirnə vilayətində hərbi qadağan zonada iki əsgərin tutulduqdan sonra həbs edilməsinə dair Yunan mövqelərindən verilən bəyanatlar qəbul edilməzdir. Yunanıstan, öz mənfəəti olanda hüquq dövləti prinsipini irəli sürür. Əksi olanda isə qanunları gözdən yayındıraraq, beynəlxalq məhkəmələr tərəfindən əleyhinə qəbul edilmiş qərarları heçə sayır. Yunan mövqelərinin dövlət qaydalarına zidd bu sözlərini təəssüflə qarşılayırıq”.

Qeyd edək ki, 1 Martda, Ədirnə vilayətində sərhəd mühafizə orqanları tərəfindən hərbi qadağan bölgədə tutulan Yunanıstan ordusuna mənsub 2 hərbçi Ədirnə Jandarma Komandirliyinə təhvil verilmişdi. Məhkəməyə çıxarılan hərbçilər haqqında həbs işi kəsilmişdi.



Әlaqәli Xәbәrlәr