Putinin Türkiyəyə rəsmi səfəri başladı

Rusiya prezidenti Vladimir Putin Ankaraya rəsmi səfər etdi.

943618
Putinin Türkiyəyə rəsmi səfəri başladı

Rusiya prezidenti Vladimir Putin Ankaraya rəsmi səfər etdi.

Putini Esenboğa hava limanında Türkiyənin Xarici İşlər nazirinin müavini Əməd Yıldız , Xarici İşlər Nazirliyinin əməkdaşları, Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov, səfirliyin əməkdaşlrı, Ankara valisi Ercan Topaca və Ankara Mərkəz komandanı, general-leytenant Mehmet Kip qarşıladılar.

Putin Türkiyə Dövlət Aparatında Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən qarşılandı.

Ərdoğan və Putinin təkbətək görüşü nəzərdə tutulur.


Dövlət başçıları video-konfrans vasitəsilə Akkuyu Atom Elektrik Stansiyasının təməlqoyma mərasiminə qoşulacaqlar. 

Sonra Ərdoğan və Putinin həmsədrliyi ilə Türkiyə Respublikası- Rusiya Federasiyası Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yeddinci toplantısı keçiriləcək.

Bağlanacaq müqavilələrin imzalanma mərasimindən sonra Türkiyə və Rusiya dövlət başçılarının mətbuat konfransı olacaq.

Mətbuat konfransından sonra Ərdoğan Putinin şərəfinə ziyafət verəcək.

Putin sabah Ankarada keçiriləcək Suriya mövzulu Türkiyə-Rusiya-İran Üçtərəfli Toplantısına qatılacaq.

 



Әlaqәli Xәbәrlәr