Van və Qarsda ölkəyə qeyri-qanuni keçən qaçqınlar saxlanıldı

Türkiyənin Van və Qars rayonlarında ölkəyə qeyri-qanuni yollarla daxil olan 106 qaçqını yaxalanıb.

941434
Van və Qarsda ölkəyə qeyri-qanuni keçən qaçqınlar saxlanıldı

  Vanda Əfqanıstan və Pakistan vətəndaşı olan 48 qaçqın saxlanılıb. Soyuqdan əziyyət çəkən 2 miqrant Van Təlim və Araşdırma Xəstəxanasına aparılıb. Sonra hamısı birlikdə Van Polis İdarəsi Əcnəbilər Şöbəsinə göndərilib.

  Qarsda isə ölkəyə Qars-Diqor avtomobil yolu ilə qeyri-qanuni daxil olan 58 əcnəbini jandarm, 11 qaçaq miqrant isə polis tərəfindən yaxalanıb.



Әlaqәli Xәbәrlәr