Türkiyә vә Azәrbaycan müdafiә nazirlәrinin Ankarada görüşü olub

Ankarada rəsmi səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 29-da  Türkiyənin  Milli Müdafiə naziri Nurəddin Canikli ilə görüşüb.

940171
Türkiyә vә Azәrbaycan müdafiә nazirlәrinin Ankarada görüşü olub

Ankarada rəsmi səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 29-da  Türkiyənin  Milli Müdafiə naziri Nurəddin Canikli ilə görüşüb.

İki nazir daha sonra heyәtlәrarası görüşә sәdrlik ediblәr.

Mәtbuata qapalı keçirilәn görüşdә iki ölkә arasında hәrbi vә müdafiә sahәlәrindәki әmәkdaşlıq mәsәlәlәri müzakirә olunub.

Görüşdə vurğulanıb ki, iki ölkə arasında hərbi əməkdaşlıq ikitərəfli əsasda və NATO tərəfindən həyata keçirilən proqramlar çərçivəsində aparılır. Dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı daim inkişaf edir.

Görüşdə regional təhlükəsizlik, iki qardaş ölkə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, birgə təlimlərin keçirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.

Qeyd edәk ki, Zakir Həsənov martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək. 

Görüşdәn sonra müdafiә sahәsindә әmәkdaşlıq memorandumunun imzalanması nәzәrdә tutulur.



Әlaqәli Xәbәrlәr