"Sincardakı terrorçu qruplaşmaya qarşı Türkiyənin səbr kasası daşdı", R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İraqdan bir səlahiyyətlinin bugün Türkiyəyə gələrək, terror təşkilatı PKK-nın Sincardan ayrıldığına dair xəbərlərlə əlaqəli məlumat verəcəyini bildirib.

937860

Ərdoğan Atatürk hava limanında Avropa İttifaqı ilə Bolqarıstanda keçiriləcək zirvə yığıncağında iştirak etmək üçün Varnaya hərəkətindən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğan jurnalistlərdən birinin "separatçı terror təşkilatı üzvlərinin  çıxdığı Sincara daxil olan İraq qüvvələrilə bağlı xəbərlər" olduğunu xatırlatması qarşısında deyib ki, İraq Mərkəzi İdarəsinin Sincara istiqamətli bəzi hərəkətləri olduğu məlumatını mən də kəşfiyyat təşkilatlarımızdan aldım. Bugün də İraqdan bu mövzularla əlaqəli bir səlahiyyətli Türkiyəyə gələcək. Arzumuz odur ki, İraq Mərkəzi İdarəsi Sincarda bu əməliyyatı haqqı ilə həyata keçirsin. Bunu həyata keçirməkdə problem varsa, burada ikitərəfli danışıqlarımızı aparaq.

Sincardakı terrorçu qruplaşmaya qarşı Türkiyənin səbr kasasının daşdığını ifadə edən Ərdoğan "(sərhəddimizə) 60-70 km məsafədə, bu qədər yaxın olub terror təşkilatlarının girib çıxdıqları bir bölgə ... Bizə edilə biləcək hər cür təcavüzə qarşı Türkiyə lazım olan addımı hər an ata biləcəkdir " deyə xəbərdarlıq etmişdir.

Әlaqәli Xәbәrlәr