'Kimsə Türkiyəyə “Suriyanı işğal edir" deyə bilməz, çünki ...", R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Afrinlə bərabər indi dirçəliş hərəkatının yenidən başladığını söyləyib.

936855
'Kimsə Türkiyəyə “Suriyanı işğal edir" deyə bilməz, çünki ...", R.T.Ərdoğan

    AK Partiyanın Samsun və Ordu VI rayon konqreslərində iştirak edən R.T.Ərdoğan bina önündə toplaşan izdihama müraciət edərək deyıb: “Artıq Afrinlə bərabər dirçəliş hərəkatı yenidən başladı… Kimsə Türkiyənin ordusuna, Türkiyəyə “Suriyanı işğal edir" deyə bilməz. Qərb istila hərəkətlərinin ən gözəl nümunələrini vermişdir".

  Ərdoğan AK Partiyanın Samsun VI Rayon Konqresində də çıxış edib və bu sözləri deyib: “Bizdən başqa hər kəs fərqli niyyət və taktikalarla oradadır… Bölgədə yaşayan qardaşlarımız bu vəziyyəti gördüyü üçün Rıfatdan Münbiçe, Telabyada, Resulayna qədər hər yerdən Türkiyənin gəlib oraları da təhlükəsizliyə, əmin-amanlığa və nizama salınmasını istəyir. İnşallah, onların da çağırışlarını cavabsız qoymayacağıq. Suriya sərhədlərimiz boyu bizə ümidlə baxan bütün qardaşlarımızın yanında olacağıq".



Әlaqәli Xәbәrlәr