"Türkiyə heç vaxt zalımların yanında olmamışdır", R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Afrindən sonra İdlib və Münbiçə də əməliyyat təşkil ediləcəyi siqnalını verdi.

936256
"Türkiyə heç vaxt zalımların yanında olmamışdır", R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Afrindən sonra İdlib və Münbiçə də əməliyyat təşkil ediləcəyi siqnalını verdi.

İstanbulda vətəndaşlara müraciət edən Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində terror təşkilatı PKK/KCK/PYD-YPG və DEAŞ üzvlərini zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək məqsədilə yanvarın 20-də başladığı “Zeytun budağı” əməliyyatına toxundu.

Əməliyyatda indiyədək zərərsizləşdirilən terrorçu sayının 3 min 700-ü ötdüyünü bildirən Ərdoğan Afrindən sonra İdlib və Münbiçə də əməliyyat təşkil ediləyəcəyini söylədi.

Ərdoğan dünən axşam radələrində ABŞ prezidenti D. Trampla telefonla həmin mövzunu danışdıqlarına da toxunaraq demişdir ki, buralardan artıq geri addım ata biləməyəcəyimizi söylədik. Biz məzlumların, günahsızların yayındayıq. İki gün əvvəl Rusiya prezidenti V.Putin ilə də həmin mövzulardan danışdıq. Türkiyə heç vaxt zalımların yanında olmamışdır.



Әlaqәli Xәbәrlәr