"Hərəkatın taleyini yerli silahlar həll etdi", B.Yıldırım

Türkiyənin Baş naziri Binəli Yıldırım yerli silahlı və silahsız pilotsuz uçuş aparatlarının Afrində həyata keçirilən hərəkata böyük kömək olduğunu söylədi.

935667
"Hərəkatın taleyini yerli silahlar həll etdi", B.Yıldırım

   Ankarada Kamil Sənaye Qiymətləndirmə və Dəstəkləmə Layihəsinin (EYDEP) təqdimat toplantısında iştirak və çıxış edən Baş nazir müdafiə sənayesində gəlinən mərhələdən danışaarq deyib: "Müdafiə sənayemizdə iş həcmi 60 milyard dollarlıqdır. 600-dən çox layihəmiz var. 10 il içərisində bu layihələr həyata keçəcək… Müdafiə sənayesində yerli istehsalın əhəmiyyəti böyükdür. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində separatçı terror təşkilatı PKK/KCK/PYD-YPG və DEAŞ üzvlərini zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək üçün yanvarın 20-də başladığı Zeytun Budağı Hərəkatı çərçivəsində yerli silahlarla terrorçulara qarşı vuruşduq və üstünlük əldə etdik… Yerli istehsal olan silahlı və silahsız pilotsuz uçuş aparatları vasitəsilə hərəkatın taleyi həll olundu. Terrorçuların xaricdən əldə etdiyi silahlar yerli silahlar qarşısında məğlubiyyətə uğradı.”



Әlaqәli Xәbәrlәr