"Dövlət başçımız ameriakl həmkarı ilə bu barədə danışacaq", M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə bugün telefonla danışacağını bildirdi.

935192
"Dövlət başçımız ameriakl həmkarı ilə bu barədə danışacaq", M.Çavuşoğlu

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə bugün telefonla danışacaq.

Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Anadolu” xəbər agentliyinə gündəmə dair verdiyi açıqlamada deyib.

ABŞ-ın DEAŞ-ı bəhanə kimi irəli sürərək Suriyanan Münbiç bölgəsinə terror təşkilatı PKK-nın davamı olan PYD-YPG-ni yerləşdirməsinə toxunan Çavuşoğlu ABŞ-ın DEAŞ-ın məğlub edilməsindən sonra PKK/PYD-YPG-nin bölgəni boşaldacağına dair sözlərini xatırladıb.

Münbiçdəki PKK/PYD-YPG-nin mövcudluğuna dair ABŞ ilə bir model barəsində arada bir anlayış olduğunu bildirən Çavuşoğlu model həyata keçirləməcəyi təqdirdə Fərat çayının şərqinə əməliyyat aparıla biləcəyini ifadə edib və Dövlət başçısı Ərdoğanın bugün ABŞ prezidentilə telefonla danışacağını deyib.

Çavuşoğlu “Trampın əlaqələri normallaşdırma arzusunda olduğunu bilirik. Amma sistemə bir qədər də hakim olması lazımdır” deyə bildirib.

“İlk mərhələdə PKK/PYD-YPG Münbiçdən çıxacaq” deyə qeyd edən Çavuşoğlu daha sonra Türkiyə və ABŞ-ın orda olacağını, ikinci mərhələdə bölgənin təhlükəsizliyini və idarənin müəyyənləşdirilməsinin vacib olduğunu, daha sonra başqa yerlərdə də bu modelin tətbiq ediləcəyini bildirib.

Çavuşoğlu PKK/PYD-YPG-nin Münbiçdən çıxmasından sonra idarə və təhlükəsizliklə bağlı sistemin demoqrafiyanı formalaşdıracağını söyləyib.

Münbiç modelinin uğurlu şəkildə tətbiq edilməsi təqdirdə əməliyyata ehtiyac olmayacağını vurğulayan Çavuşoğlu deyib ki, plan tətbiq edilməyəcəyi təqdirdə qarşımızda bir seçim qalır. O da terrorçuların məhv edilməsidir. Bu sadəcə Fərat çayının şərqi üçün deyil, İraq üçün də qüvvədədir. İraqdakı PKK-nın mövcudluğundan ən çox İraq  hökuməti narahatdır. PKK İraqın şimalındakı kürtlər üçün də bir təhdiddir.



Әlaqәli Xәbәrlәr