Türkiyə Silahlı Qüvvələri şəkillərlə iddialara cavab verdi

Türkiyə Silahlı Qüvvələri “twitter” hesabında türkcə və ingiliscə paylaşdığı açıqlama ilə Afrinə qarşı həyata keçirilən “Zeytun budağı” əməliyyatı zamanı dinc sakinlərə və tarixi obyektlərə zərər verildiyinə dair iddialara cavab verdi.

933524
Türkiyə Silahlı Qüvvələri şəkillərlə iddialara cavab verdi
musul.jpg
afrin.jpg
rakka, dogu guta.jpg
musul.jpg
afrin.jpg
rakka, dogu guta.jpg

Türkiyə Silahlı Qüvvələri (TSQ) “twitter” hesabında Türkcə və İngiliscə paylaşdığı açıqlama ilə Afrinə qarşı həyata keçirilən “Zeytun budağı” əməliyyatı zamanı dinc sakinlərə və tarixi obyektlərə zərər verildiyinə dair iddialara cavab verdi.

TSQ-nın “twitter” hesabından edilən paylaşmada Suriya rejimi, terror təşkilatları və bəzi imperialist qüvvələr tərəfindən yerlə-yeksan edilən Hələb, Rakka və Şərqi Quta, İraqda isə Mosul şəhərilə əlaqəli şəkillirlə birlikdə Afrinin “Zeytun budağı” əməliyyatından sonrakı şəkilləri yer tutub.

“Twitter”də həmçinin “sivil-günahsız insanlar, ətraf mühit, tarixi əsərlər və dini/mədəni obyektlər TSQ üçün toxunulmazdır” sözləri yer alıb.

TSQ-nın paylaşdığı şəkillərdə ABŞ-ın dəstəyini götürən terror təşkilatı PKK/PYD-YPG-nin Rakkada DEAŞ ilə dırnaqarası mübarizə adı ilə etdiyi dağıtma Bəşər Əsəd rejiminin Hələb və Şərqi Qutada dinc sakinləri hədəf götürən hücumlarından sonra xarabaya çəvrilmiş binalar, İraqda isə Mosul şəhərinin DEAŞ-dan şilas edilməsi prosesində dağılmış şəhər açıq-aşkar görünür.

Bunun qarşısında şəkillərdə TSQ-nın Suriyanın Afrin bölgəsində terror təşkilatı PKK/KCK/PYD-YPG və DEAŞ üzvlərini zərərsizləşdirmək, dost və qardaş bölgədə dinc sakinlərdən bir adamın da burnunun qanamadığı şəhərdə təxribat olmadığı göz qabağındadır.



Әlaqәli Xәbәrlәr