Türkiyə Birləşmiş Ərəb Əmirliklərinə sərt reaksiya göstərdi

Türkiyə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Abdullah bin Zayed əl Nahyanın açıqlamalarına sərt reaksiya göstərdi.

933293
Türkiyə Birləşmiş Ərəb Əmirliklərinə sərt reaksiya göstərdi

Türkiyə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Abdullah bin Zayed əl Nahyanın açıqlamalarına sərt reaksiya göstərdi.
 
 Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Aksoy Türkiyə, İran və İsrailin regionda aqressiv mövqe nümayiş etdirərək, ərəb ölkələrinə təhdid yaratdığını deyən Əl-Nahyanın kimlərə xidmət etdiyinin yaxşı məlum olduğunu söylədi.
 
 Aksoy  bunları söylədi: "Ərəb dünyası ilə müstəsna tarixi və bəşəri bağları olan Türkiyənin qardaş ərəb ölkələrinin əmin-amanlıqları, təhlükəsizlikləri və sabitliyinə verdiyi əhəmiyyət və Qüds başda olmaqla, İslam dünyasının birgə fəaliyyətlərinə verdiyi güclü dəstəkdən hamının xəbəri var. Türkiyənin Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasına verdiyi dəstək, bu ölkədə möhkəm sülh və sabitliyin təmin olunması üçün sərgilədiyi səylər və qapılarını açdığı 3.5 milyondan çox suriyalı qardaşı üçün üzərinə götürdüyü məsuliyyət də ortadadır. Türk Silahlı Qüvvələrinin Afrin  əməliyyatı isə ölkəmizə qarşı terror təhdidini aradan qaldırmaq məqsədilə həyata keçirilir".
 
 BƏƏ Xarici İşlər nazirinin Türkiyənin Suriyaya müdaxilə etdiyinə və ərəb dünyası üçün təhlükə yaratdığına dair açıqlamasını başa düşməyin mümkün olmadığını bildirən Aksoy: "Bir müddətdir ki, tariximizə və Ərəb dünyası ilə əlaqələrimizə qarşı qara piar xarakterli bəyanatları ilə  BƏƏ rəsmilərinin hansı dairələrə xidmət etməyə çalışdıqları məlum olur" dedi.
 
 Hami Aksoy: "Regionun hazırkı  kritik dövründə görüləcək iş ortaq taleyi bölüşən dost və qardaş xalqlar arasında nifaq toxumları əkmək deyil, regional problemlərin həmrəylik içində həll edilməsidir" deyə vurğuladı.



Әlaqәli Xәbәrlәr