Suriyadan atılan raket Yayladağı qəsəbəsinə düşdü

Yerli saatla 23.00 radələrində rejim bölgəsindən atılan raket Hammut Təpə adlı polis bölməsi yaxınlığındakı boş əraziyə düşmüşdür.

933385
Suriyadan atılan raket Yayladağı qəsəbəsinə düşdü

Suriyada Əsəd rejiminin nəzarətində olan bölgədən atıldığı müəyyənləşdirilən raket Türkiyənin Hatay vilayətinin Yayladağı qəsəbəsində sərhəd keçid məntəqəsində polis bölməsinin yaxınlığında boş əraziyə düşdü.

Yerli saatla 23.00 radələrində rejim bölgəsindən atılan raket Hammut Təpə adlı polis bölməsi yaxınlığındakı boş əraziyə düşmüşdür.

Raketin düşdüyü anda yaranan partlayış səsi Yayladağı qəsəbəsi başda olmaqla  sərhəd məntəqəsindəki məhəllələrdə eşidilib.

Məsullar raketin düşməsi nəticəsində bir əsgərin yüngül yaralandığını və müalicə olunduğunu bildirib.

Hərbi mütəxəssislər raketin növünü müəyyənləşdirmək üçün fəaliyyətlərin davam etdiyini bildiriblər. Hadisə ilə bağlı tədqiqat işləri davam edir.



Әlaqәli Xәbәrlәr