Ərdoğandan terrorla mübarizə ismarıcı

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terrorla mübarizə çərçivəsində bir gecə qəflətən İraqın Sincar bölgəsinə də əməliyyat keçriləcəyi barədə siqnal verdi.

933147
Ərdoğandan terrorla mübarizə ismarıcı


Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Beştəpə Millət, Mədəniyyət və Konqres Mərkəzində Hakim və Respublika Prokurorlarının Püşkatma Mərasimində çıxış etdi.
 
Ərdoğan çıxışında Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində separatçı terror təşkilatı PKK/KCK/PYD-YPG və DEAŞ üzvlərini zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək üçün yanvarın 20-də başladığı "Zeytun Budağı" əməliyyatı çərçivəsində Afrinin mərkəzində nəzarətin təmin olunduğunu qeyd etdi, bu ana qədər 3 min 622 terrorçunun zərərsizləşdirildiyini bildirdi.
 
 Ərdoğan Afrində işin bitmədiyini, terrorçuların yerləşdirdikləri bombaların zərərsizləşdirilməsi iilə bağlı işlərin davam etdiyini söylədi.
 
 İraq hökumətini terrorla mübarizədə əməkdaşlığa dəvət edən dövlət başçısı: "Bir gecə qəflətən Sincara da girərik, oranı da PKK terrorçularındanda təmizləyərik. Dostuqsa, bizi lazımi imkanlarla təmin edəcəksiniz. Bu iş uzanarsa, yeni bir "Zeytun Budağı" da orada olar" dedi.
 
 Ərdoğan terrorla mübarizənin Suriyada Münbiç, Eyn Əl Ərəb və Tel Abyad ilə davam edəcəyini də söylədi.



Әlaqәli Xәbәrlәr