Ölkə daxilində və İraqın şimalında aparılan əməliyyatlarda 14 terrorçu zərərsizləşdirildi

Terror təşkilatı PKK-ya qarşı ölkə daxilində və İraqın şimalında aparılan əməliyyatlarda 14 terrorçu zərərsizləşdirildi.

932551
Ölkə daxilində və İraqın şimalında aparılan əməliyyatlarda 14 terrorçu zərərsizləşdirildi
pkk siginak.jpg

Terror təşkilatı PKK-ya qarşı ölkə daxilində və İraqın şimalında aparılan əməliyyatlarda 14 terrorçu zərərsizləşdirildi.

Şırnak, Bingöl və Diyarbəkir şəhərlərində aparılan əməliyyatlarda 9 PKK qulduru zərərsizləşdirildikdə, Şırnak şəhərindəki terrorçulardan ikisinin təşkilatın dırnaqarası “məsul şəxsi” olduğu müəyyənləşdirildi.

Şırnakda aparılan əməliyyatda 3 PKK-lı qadın terrorçu zərərzisləşdirildi, M-16 ilə müxtəlif növlərdə silah-sursat və avadanlıqlar ələ keçirildi.

Əməliyyatlar çərçivəsində Bingöl vilayətinin Gənc qəsəbəsi ilə Diyarbəkirdə də 6 terrorçu zərərsizləşdirildi, silah-sursat ələ keçirildi.

Təhlükəsizlik Qüvvələri tərəfindən İraqın şimalındakı Hakruk və Kani Rash bölgələrindəki terror təşkilatı PKK düşərgələrinə istiqamətli hava dəstəkli əməliyyatlarda isə biri sağ 5 terrorçu zərərsizləşdirildi.

Martın 10-dan bəridir aparılan və havadan dəstəklənən əməliyyatlarda zərərsizləşdirilən terrorçu sayı bu bölgədə 18-ə çatdı.



Әlaqәli Xәbәrlәr