Qələbənin 103-cü ildönümü münasibətilə Çanaqqalada rəsmi mərasim

18 Mart Şəhidləri Anma Günü və Çanaqqala Dəniz Zəfərinin 103-cü ildönümü münasibətilə Çanaqqalada rəsmi mərasim keçirilib.

932131
Qələbənin 103-cü ildönümü münasibətilə Çanaqqalada rəsmi mərasim
canakkale toren1.jpg

   Çanaqqalanın Cümhuriyyət Meydanındakı mərasimdə Milli Müdafiə naziri Nurəddin Canikli, Türkiyə Silahlı Qüvvələrindən Çanaqqala Boğaz və Qarnizon komandiri, kontradmiral Mithat Kamal Algül, Çanaqqala valisi Orxan Tavlı və Bələdiyyə sədrinin vəkili Adnan Gülər iştirak edib və onlar birlikdə Atatürk Abidəsinə çələng qoyub. Bu zaman "TCG Salihreis" gəmisindən 21 dəfə top atəşi atılıb.

  Bir dəqiqəlik sükutdan və İstiqlal Marşı (himnin) oxunduqdan sonra Türkiyə Böyük Millət Məclisi tərəfindən 1994-cü ildə 253 min şəhid üçün 3972 saylı Qanunla Çanaqqalaya ithaf edilən və üzərində "Çanaqqala keçilməz" yazılan qızıl medal 18 Mart Stadionu yerinə bu il ilk dəfə Cümhuriyyət Meydanında nazir N.Canikli, vali O.Tavlı, M.K.Algül və A.Güler tərəfindən bayrağa sancılaraq yuxarı qaldırılıb.



Әlaqәli Xәbәrlәr