"Bu Hərəkat da Çanaqqala ruhunun nə qədər diri olduğunu bir daha göstərdi", R.T.Ərdoğan

18 Mart Şəhidləri Anma günü və Çanaqqala Qələbəsinin 103-cü ildönümü münasibətilə paylaşdığı mesajda Ərdoğan deyib...

931992
"Bu Hərəkat da Çanaqqala ruhunun nə qədər diri olduğunu bir daha göstərdi", R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı Zeytun Budağı Hərəkatı zamanı millətin bütün fərdlərinin səfərbər olmasının, Çanaqqala ruhunun bu torpaqlarda nə qədər diri olduğunu bir daha göstərdiyini vurğulayıb.

   18 Mart Şəhidləri Anma günü və Çanaqqala Qələbəsinin 103-cü ildönümü münasibətilə paylaşdığı mesajda Ərdoğan deyib: “Türkiyə Cumhuriyyətinin banisi Qazi Mustafa Kamalın sözlərilə desək, “Çanaqqala bugünümüzü qurtaran, keçmişə qəhrəmanlığını və böyüklüyünü qaytaran, bu torpaqları bizə əbədi vətən edən qələbənin adıdır…" İstər 2016-cı ilin 15 İyul gecəsi Fetullahçı Terror Təşkilatının xəyanətinə qarşı nümayiş etdirilən qəhrəmanlıqlar, istərsə də Afrin hərəkatı prosesində 7-dən 70-ə türk millətinin bütün fərdlərinin səfərbər olması Çanaqqala ruhunun bu torpaqlarda nə qədər diri, nə qədər canlı olduğunu bir daha göstərdi. Zeytun Budağı Hərəkatında çox qısa müddətdə əldə edilən uğur Türkiyənin gücünü və gələcəyini qorumaq mərhələsindəki qətiyyətini dost və düşmənə isbat etdi. Çanaqqalanı yeddi dövlətə dar edən Türkiyə bu gün də terror təşkilatları üzərindən həyata keçirmək istənilən ssenariləri pozacaq qüdrətə malikdir.”



Әlaqәli Xәbәrlәr