Biz o terrorçuları işğal etdikləri yerdən mütləq çıxaracağıq

Bunu Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ərzurumdakı çıxışında bildirdi.

931470
Biz o terrorçuları işğal etdikləri yerdən mütləq çıxaracağıq

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan amerikan hərbi birlikləriinin terror təşkilatları ilə birlikdə Suriyanın Münbiç zonasını tərk etməsini tələb etdi.
 
 Ərdoğan Ərzurumda etdiyi çıxışında Amerika Birləşmiş Ştatlarından Münbiç mövzusunda daha əvvəl əməkdaşlıq təklifi gəldiyini xatırladaraq: "ABŞ rəhbərliyində davamlı dəyişikliklər olduğu üçün yeni tərkibin necə bir yol tutacağını bilmirik. ABŞ niyə Münbiçdədir? DEAŞ-ı qovmaq üçün. Hazırda orada DEAŞ yoxdur. YPG çıxdımı? "3 ayda çıxararıq" dedilər. Çıxmadılar. Oranın sahibi ərəblərdir.  Biz oralara işğal üçün deyil, suriyalı qardaşlarımızın özlərinə təhlükəsiz gələcək qurmalarına yardım etmək üçün getdik. ABŞ terror təşkilatı ilə birlikdə Münbiçi boşaldarsa, bu işi daha asan şəkildə həyata keçirərik. Biz o terrorçuları işğal etdikləri yerdən mütləq çıxaracağıq" dedi.
 
 Dövlət başçısı Türkiyə Silahlı Qüvvələrinin Afrində həyata keçirdiyi "Zeytun Budağı" əməliyyatına da toxunaraq, bu bölgənin dörddə üçündə nəzarətin bərpa olunduğunu bildirdi.
 
Ərdoğan: "Afrində 2 min kvadrat kilometrlik sahənin nəzarəti bizdədir. Oraya afrinliləri yerləşdirəcəyik. Bizim o torpaqlarda gözümüz yoxdur" dedi.



Әlaqәli Xәbәrlәr