Rəcəb Tayyib Ərdoğandan Avropa Parlamentinə sərt reaksiya

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin Afrinlə bağlı qəbul etdiyi qərara sərt münasibət bildirdi.

931386
Rəcəb Tayyib Ərdoğandan Avropa Parlamentinə sərt reaksiya

 Türkiyənin dövlət başçısı və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Ərzurum 6-ci Şəhər Konqresi ərəfəsində xalqa müraciət etdi.

 Ərdoğan Avropa Parlamentinin Afrinlə bağlı qəbul etdiyi qərara reaksiya göstərərək: "Avropa Parlamenti, siz bu millətə nə zamandan bəri ağıl verməyə başladınız? O ağlı özünüzə saxlayın. 3.5 milyon suriyalıya 7 ildir ev sahibliyi edən bizik. Bizə yalvardınız: "Amandır, qapıları açmayın" deyərək. Biz insanlıq etdik, amma siz insanlıq nədir, bilmirsiniz. İndi də istədiyiniz qərarı qəbul edin. Sizin qəbul etdiyiniz qərarların heç bir dəyəri yoxdur" deyə danışdı.
 



Әlaqәli Xәbәrlәr