XİN M.Çavuşoğlu ABŞ-a səfərini ləğv etdi

Xarici işlər naziri Mevlüt Çavuşoğlu 19 Martda ABŞ-a planlaşdırılmış səfərini təxirə salıb.

930117
XİN M.Çavuşoğlu ABŞ-a səfərini ləğv etdi

M.Çavuşoğlunun ABŞ-na nəzərdə tutulan səfəri zamanı xüsusilə separatçı terror təşkilatı PKK-nın Suriyadakı qruplaşması PYD-YPG-nin işğal etdiyi Menbiç bölgəsindən çıxması mövzusu müzakirə ediləcəkdi. Xarici işlər nazirliyinin sözçüsü Hami Aksoyun məlumatına görə bu müzakirələr təxirə salınıb.

Qeyd edək ki, Fətullahci Terror Təşkilatı (fəto) ilə mübarizə, İraq və Suriya mövzularında danışıqların aparılması üçün Türkiyə ilə ABŞ arasında, üç texniki komitə yaradılıb və Suriya komitəsinin ilk iclası ABŞ-da keçirilib. Xarici işlər naziri M.Çavuşoğlu da ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Rusiyanın paytaxtı Moskvada keçirilən Türkiyə-Rusiya növbəti Ortaq Strateji Planlaşdırma Qrupu konfransında görüşdükdən sonra verdiyi açıqlamada Martın 19-da planlaşdırdığı Vaşinqton səfərini ABŞ dövlət departamentinin rəhbəri Rex Tillersonın vəzifədən təcridinə görə təxirə salmaq istədiyini bildirib.



Әlaqәli Xәbәrlәr