Bu gün İstiqlal Marşının qəbulunun 97-ci ildönümüdür

Bu gün 12 Mart, İstiqlal Marşının qəbulunun ildönümüdür.

927567
Bu gün İstiqlal Marşının qəbulunun 97-ci  ildönümüdür

Bu gün 12 Mart, İstiqlal Marşının qəbulunun ildönümüdür.
 
 Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman İstiqlal Marşının qəbulunun ildönümü münasibətilə ismarıc yaydı.
 
Kahraman ismarıcında: "Dalğalanan al bayrağımızın səsli manifesti olan İstiqlal Marşımızın əbədi olaraq dilimizdən düşməməsini və könlümüzdə qalmasınıi arzu edirəm" dedi.
 
 Kahraman  Mehmed Akif Ersoyun yaşadığı dövrdə dünyadakı bütün müsəlmanların ürəklərinin bir döyünməsi üçün mübarizə apardığını, müsəlmanların birliyinə və qardaşlığına olan inancını ömrü boyu mühafizə edərək İstiqlal Marşında da bu inancını ən sərrast ifadələrlə dilə gətirdiyini qeyd etdi.
 
 Türkiyə Böyük Millət Məclisinin sədri: "İstiqlalımızın banisi istiqbalımızın təminatçısı olan bütün şəhidlərimizi və qazilərimizi rəhmət və  minnətdarlıq hissi ilə yad edir, Allahdan əziz millətimizə bir daha İstiqlal Marşı yazdırmamasını niyaz edirəm" ifadələrini işlətdi. 



Әlaqәli Xәbәrlәr