Afrindә şәhid olan Türk әsgәrlәri Fransada yad edilib

Fransanın Mulhouse şәhәrindә fәrqli siyasi görüşlәrә sahib olan 7 dәrnәk Suriyanın Afrin bölgәsindә  davam etdirilәn ‘‘Zeytun Budağı’’ әmәliyyatı zamanı şәhid olan  Türk әsgәrlәrini yad edib.

927411

Avropa Türk Demokratlar Birliyi, Din İşləri üzrә  Türk İslam Birliyi və Bərabərlik və Ədalət Şurasının tәşkilatçılığı ilә keçirilәn tәdbirdә şәhidlәr yad edilib, Qurani-Kәrimdən ayələr səsləndirilib vә şәhid olanların ruhuna dualar oxunub.

Tәdbirdә çıxış edәn Әdalәt vә İnkişaf Partiyasının İstanbul üzrә millәt vәkili  Halis Dalkılıç Türkiyәnin dünyadaki bütün zalımlara etiraz edәn  sәs olduğunu xatırladaraq: ‘‘Bütün  mәzlumlara qucaq açan mәdәniyyәtin nümayәndәlәriyik. Nәyә qarşı mübarizә apardığımızı bilirik.  Afrindәki qardaşlarımıza sahib çıxmağı özümüzә borc bilirik’’ deyә qeyd edib.

Әlaqәli Xәbәrlәr